Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, bu gün oynanılacaq "Qalatasaray" - "Başakşəhər" matçında "aslanlar"ın qolkiperi Fernando Muslera meydanda olmayacaq. Buna səbəb isə qapıçının belində baş vermiş kəskin ağrılardır. Tibbi müayinədən keçən futbolçunun bu gün forma geyinməyəcəyi bildirilib.