Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.
90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İmran Yusifov bürünc medal qazanıb.
Cəfər Əkbərli (90 kq) Məhəmməd, Abdullayev (+90 kq) və Fidan Hüseynova (63 kq) turnirdə 5-ci olublar.
Rəşid Qafarlı (90 kq) və Ramil Babayev (+90 kq) isə 7-ci yerlə kifayətlənib.
Bununla da, Azərbaycan millisi Avropa kubokunu 9 medalla (4 qızıl, 2 gümüş və 3 bürünc) başa vurub. Cüdoçularımız komanda hesabında isə ikinci olublar.