Türkiyə həvəskar liqasında keçirilən matçda bədbəxt hadisə baş verib.
Sportarena.az xəbər verir ki, Balıkəsir II həvəskar liqasında keçirilən "Çəltikspor" - "Bostancıspor" matçının 32 ci dəqiqəsində yan xətt hakimi, 17 yaşlı Halil Berke Aygün infarkt keçirib. Dərhal xəstəxanaya aparılan hakimin həyatını xilas etmək mümkün olmayıb.