Premyer Liqamızın XXV turunda "Xəzər Lənkəran"ı qəbul edəcək "Kəpəz" klubu bu oyuna ciddi itkilərlə çıxacaq.
Sportarena.az xəbər verir ki, dünən "Rəvan"la qarşılaşmada komandanın iki üzvü Şəhriyar Əliyev və Şəhriyar Rəhimov sarı vərəqə alaraq cəzalı duruma düşüblər. Bu səbəbdən hər iki müdafiəçi növbəti matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Kəpəz" - "Xəzər Lənkəran" matçı mart ayının 13-ü keçiriləcək.