Azərbaycan Premyer Liqasının XXV turunda "Xəzər Lənkəran" səfərdə "Kəpəz"in qonağı olacaq.
Sportarena.az xəbər verir ki, Lənkəran təmsilşisi bu matçda Nodar Məmmədovun köməyindən yararlana bilməyəcək. Buna səbəb isə, müdafiəçinin Premyer Liqanın XXIV turunda AZAL-la qarşılaşmada sarı vərəqə alıb cəzalı duruma düşməsidir.
Qeyd edək ki, "Kəpəz" - "Xəzər Lənkəran" matçı mart ayının 13-ü keçiriləcək.