Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın XXIV turunda keçirilimiş matçlarda baş vermiş qayda pozuntuları ilə əlaqədar aşağıdakı cəzalar tətbiq olunub.
Topaz Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qəbələ” matçının 80-cı dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jario Rodriges kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunub.