Azarkeşləri "Xəzər Lənkəran"ı ziyana saldı, Samir Abbasova 5 oyunluq cəza

16:35 7 Mart 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclasda bir sıra qərarlarla yanaşı, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin matçlarında baş vermiş qayda pozuntularına görə də müvafiq cəzalar tətbiq olunub.


Azərbaycan Kubokunun 1/4 mərhələsinin “Rəvan” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.       

 

Azərbaycan Kubokunun 1/4 mərhələsinin “Xəzər Lənkəran” – “Neftçi” matçının 1-ci hissəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

 

Azərbaycan Kubokunun 1/4 mərhələsinin “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov meydançaya daxil olaraq hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanır,  klub 5000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti