"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandadan ayrılacağı barədə gəzən söz-söhbətlər barədə açıqlama verib.
Sportarena.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, baş məşqçi açıqlamasında haqqında yayılan xəbərləri təkzib edərək "Yuventus"dan ayrılmayacağını bildirib:
"Mən gələn il də "Yuventus"un baş məşqçisi olaraq qalacam. Çünki mənim hələ bu klubla 1 illik müqaviləm var. Buna əmin ola bilərsiniz ki, hər hansı bir klubla danışıqlar aparmamışam.
Mən bu klubda xoşbəxtəm və komandamla heç bir problemim yoxdur".