Ermin Zetsdən "Qəbələ"yə şad xəbər

23:56 7 Mart 2016

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə cavab oyununun hazırlıqlarını davam etdirir. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının martın 5-də keçirilən XXIV turunun “Neftçi” ilə səfər oyununun (2:1) ertəsi gün Bakıda hazırlıq keçən “qırmızı-qaralar” bu gün Qəbələdə bir araya gəlib. 

 

Günün ikinci yarısına təsadüf edən məşq prosesində futbolçular iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici çalışmalara üstünlük verib. Çempionat oyununda meydana çıxmayanlar isə Qəbələ şəhər stadionunun yaşıl meydanında məşq edib. 

 

Roman Qriqorçukun yetirmələri hazırlıqlara tam heyətlə qatılıb. Son turun oyununu zədə səbəbindən buraxan Ermin Zets də komanda ilə məşq keçib. “Qəbələ” sabah axşam oyunöncəsi hazırlığa çıxacaq.

 

Xatırladaq ki, səfərdə 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın “Zirə” ilə ev oyunu martın 9-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti