Rusiyalı tennisçi Mariya Şarapovanın qanında istifadəsi qadağan olunmuş preparat aşkar edilib.
Sportarena.az xəbər verir ki, bu barədə tennisçi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, o bu barədə rəsmi məktub alıb.
"Beynəlxalq Tennis Federasiyası mənə məktub göndərib. Məktubda bildirilir ki, "Australian Open" turnirində aparılan dopinq-test müsbət nəticə verib. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm", - deyə Şarapova bildirib.
Meldoniy preparatı bu il yanvarın 1-dən qadağan edilib.
Qeyd edək ki, Böyük Dəbilqənin ikiqat qalibi, ABŞ açıq çempionatının indiki qalibidir. 2006-cı ilin sonunda dünyanın ən yüksək gəlirli qadın atleti olub.