Konte "Çelsi" üçün "Roma"nın futbolçusunu seçdi

12:35 8 Mart 2016

Yeni mövsümdən "Çelsi" klubunun baş məşqçisi olacaq Antonio Konte transfer siyahısına daha bir oyunçu əlavə edib.

 

Sportarena.az "La Gazzetta del Sport"a istinadən xəbər verir ki, baş məşqçi "Roma"nın yarımmüdafiəçisi Miralem Pyoniçi London klubunu heyətinə qatmaq fikrindədir. Mənbənin məlumatına görə "Çelsi" rəhbərliyi artıq "Roma" klubu ilə futbolçunun transferi barəsində danışıqlara başlayıb. "Çelsi" futbolçunu heyətinə əlavə etmək üçün İtaliya klubuna 31 milyon avro ödəməli olacaq. 

 

Qeyd edək ki, cari mövsüm İtaliya A Seriyasında 25 oyunda forma geyinən yarımmüdafiəçi 9 qol vurub və 9 asist ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti