Sinişa Mixayloviç mövsümün sonunda "Milan"dan ayrılacaq.
Sportarena.az xəbər verir ki, buna səbəb komandanın bu mövsüm uğursuz çıxışı olub. Baş məşqçi rəhbərliklə bu barədə görüş keçirib. Görüşdə Mixayloviçin mövsümün sonunda "Milan"dan ayrılması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, "Milan" A seriyasında 28 turdan sonra 44 xalla 6-cı pillədə qərarlaşıb.