UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

16:16 8 Mart 2016

FİFA Cüneyt Çakıra Avropa Liqasında növbəti təyinatını verdi.


Sportarena.az xəbər verir ki, FİFA dərəcəli türkiyəli hakim Cüneyt Çakır Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində oynanılacaq "Borussiya" - "Tottenhem" matçını idarə edəcək. Martın 10-u, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matçda Çakıra Bahaddin Duran və Tarık Ongün kömək edəcək. 


Qeyd edək ki, Cüneyt Çakır Avropa arenalarında son dəfə Çempionlar Liqasının 1/8 final mərhələsində "Arsenal" - "Barselona" matçını idarə etmişdi. Matç "Barselona"nın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.


Digər xəbərlər

Xəbər xətti