"Mourinyo üzr istəməlidir"

16:53 8 Mart 2016

"Çelsi”nin sabiq həkimi Eva Karneyro Joze Mourinyodan üzr istəməyi tələb edir.
 

Sportarena.az xəbər verir ki, bu barədə Karneyronun vəkili açıqlama verib.  Mourinyonun xanım həkimi təhqir etməsi ilə bağlı qaldırılmış məhkəmə iddiasının növbəti dinləməsindən sonra jurnalistlərə müsahibə verən vəkil Meri Oruk bunları deyib: "Müvəkkilimə dəyən maddi ziyan haqqında məsələ hələ çox uzanacaq. Ancaq bundan əlavə biz Mourinyodan ictimai şəkildə üzr istəməyini də tələb edirik”.
 
Qeyd edək ki, Joze həkim Eva Karneyronun işdən qovulmasına səbəb olmuşdu. 


Digər xəbərlər

Xəbər xətti