Azərbaycanlı idmançılar Dünya Kubokunda 3-cü oldu

17:08 8 Mart 2016

Portuqaliyanın Maya şəhəri ənənəvi olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku mərhələsini qəbul edib.

Sportarena.az xəbər verir ki, yarışlarda Azəbaycanı Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu təmsil edib.

Finalda üçlük 27.160 xal toplayaraq 3-cü yerə layiq görülüb. Birinci yeri Portuqaliya, ikinci yeri isə Böyük Britaniya akrobatları qazanıb


Digər xəbərlər

Xəbər xətti