Argentina yığmasının "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində baş tutacaq Çili və Boliviya milliləri ilə oyunlar üçün heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, millinin baş məşqçisi Xerardo Martino aşağıdakı futbolçulara dəvət yolayıb:
Qapıçılar: Serxio Romero ("Mançester Yunayted"), Nauel Qusman ("Tiqres"), Xeronimo Ruli ("Real Sosyedad").
Müdafiəçilər: Xavyer Pinola ("Rosario Sentral"), Fakundo Ronkalya ("Fiorentina"), Mateo Musakko ("Vilyarreal"), Markos Roxo ("Mançester Yunayted"), Ramiro Funes Mori ("Everton"), Qabriel Merkado, Lionel Vanoni ("River Pleyt"), Nikolas Otamendi, Martin Demiçelis, Pablo Sabaleta ("Mançester Siti").
Yarımmüdafiəçilər: Ever Baneqa ("Sevilya"), Xavyer Maskerano ("Barselona"), Lukas Biqliya ("Latsio"), Enso Peres ("Valensiya"), Nikolas Qaytan ("Benfika"), Erik Lamela ("Tottenhem"), Matias Kranevitter, Auqusto Fernandes ( "Atletiko"), Anxel Di Mariya, Xavyer Pastore (PSJ).
Hücumçular: Esekiel Lavessi ("Hebey Çayna Fortuna"), Lionel Messi ("Barselona"), Paulo Dibala ("Yuventus"), Anxel Korrea ("Atletiko"), Qonzalo İquain ("Napoli"), Serxio Aquero ("Mançester Siti")
Qeyd edək ki, Karlos Tevez və Ezekyel Qarayi milliyə ədvət almayıb.