"Çelsi"də Con Terri şoku

21:55 8 Mart 2016

"Çelsi"nin kapitanı Con Terri Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab matçında oynamayacaq.

Sportarena.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi özünün "instagram" hesabından yazıb. O, zədə səbəbindən Paris klubu ilə oyunu buraxacağını bildirib:

"PSJ-yə qarşı oynaya bilməyəcəyimə görə çox məyus oldum. Hər matçda meydana çıxa bilmədiyim üçün əsəbiləşirəm. "Stemford Bric"də Çempionlar Liqası matçına çıxa bilməmək mənə çox pis təsir edir. Zədəmin sağalması üçün əlimdən gələn hər şeyi edirəm. Amma belə zədələrin sağalması üçün zamana ehtiyacı olur. Hal-hazırda zədəm sürətlə yaxşılığa doğru irəliləyir. Ən qısa bir vaxtda yenidən meydanlara qayıdacağam".


Qeyd edək ki, baş məşqçi Quus Hiddink son açıqlamasında C.Terrinin PSJ ilə matça kimi hazır olmaq şansının az olduğunu söyləmişdi. Lakin futbolçunun zədəsi ciddi olduğundan bu matça qədər tam hazır ola bilməyib.


Digər xəbərlər

Xəbər xətti