Azərbaycanlı hakim Əliyar Ağayev Avropada növbəti matçını idarə edib.
Sportarena.az xəbər verir ki, beynəlxalq dərəcəli referi UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində "Anderlext" – "Barselona" qarşılaşmasında ədalət təmsilçisi olub.
Belçikada keçirilən görüşdə "Anderlext" "Barselona"nı 2:0 hesabı ilə məğlub edib. Oyun ərzində Əliyar Ağayev 6 dəfə futbolçulara vərəqə göstərib. Bu vərəqələrdən biri isə qırmızı olub. Belə ki, Ağayev oyunun sonlarında "Anderlext"in futbolçusu Orel Manqalanı birbaşa qırmızı vərəqə ilə meydandan qovub.