"Çox qol vuranda hər şey yaxşı olur" - Roman Qirqorçuk

18:55 9 Mart 2016

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” - “Zirə” matçından (5:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Baş məşqçi mətbuat konfrasnında bunları deyib:


“Bu matçda əldə olunan qələbə əla nəticədir. Komanda çox qol vuranda hər şey yaxşı olur. Qarşılaşacağımız komanda haqda həmişə maksimum məlumat toplayırıq. Oyuna kimi rəqiblə bağlı bilmədiyimiz çox az məqam qalır. 4 gün sonra “Zirə” ilə çempionatda üz-üzə gələcəyik. Başa düşürük ki, bu, başqa oyun olacaq. Kubokdakı qələbələrimizi artıq unudub, diqqətimizi çempionat qarşılaşmasına yönəldəcəyik. Meydana tam hazır olan futbolçuları buraxırıq. Onlardan biri də Asif Məmmədov idi ki, o da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bu qələbə komandada eyforiya yaratmamalıdır. Vəziyyəti düzgün qiymətləndirmək və yolumuza davam etməliyik. “Zirə” ilə matçın nəticəsi bizdə gözəl hiss yaradır. Düşünürsən ki, gördüyün iş, əziyyət öz bəhrəsini verir. Yarımfinaldakı rəqibin fərqi yoxdur. Hansı komanda qalib gəlsə, deməli, digərindən daha güclüdür”.


Digər xəbərlər

Xəbər xətti