Orxan Sadıqlı od püskürdü: "Neftçi" bizi ancaq hakimin sayəsində uda bilər"

21:27 9 Mart 2016

Bu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” klubu “Xəzər Lənkəran”ı qəbul edib (2:0).

Matçdan sonra "ağ-yaşıllar"ın qolkiperi Orxan Sadıqlı sportarena.az-ın əməkdaşının suallarını cavablandırıb. 


- Oyun haqqında fikirlərin...
- Ardıcıl 4 oyun idi  “Neftçi” məğlub olurdu və hamı günahı hakimliydə görürdü. Hakimin oyunu necə idarə etdiyini hamı gördü. Penaltidən qabağkı epizodda İbrahim Qədirzadəyə qarşı qaydalar pozulmuşdu. Belə oyunu idarə etmək olmaz. “Neftçi” bizi ancaq hakimin sayəsində uda bilər. Lənkərandakı oyunda açıq futbol oynadıq və rəqibə 3:2 hesabı ilə qalib gəldik. Amma buradakı oyunda bizə imkan vermədi. Halbuki fit çalmaq istədi lakin “Neftçi”nin əks hücuma keçdiyini görüb fikrindən daşındı.

- Lənkəranda “Neftçi”yə qarşı tam fərqli oyun nümayiş etdirdiniz amma bu gün komandada həmin oyunu görə bilmədik. Bunun səbəbi nə idi?
- Gücümüz çatdığı qədər oynamağa çalışırıq. Futbolçularımız əlindən gələni edirlər. Hakim oyunu ədalətli idarə etsə yeniyetmələrin gücünü görəcək. Əvvələr “Xəzər Lənkəran”ın güclü vaxtları idi başa düşürdük ki, gücümüzə görə oyunu belə idarə edir hakimlər. Amma indi zəif vaxtlarımızdır yenə bizə qarşı haqsızlıq edirlər. Mən başa düşə bilmirəm Lənkəran Azərbaycan torpağı deyil məgər? 

- Dediyindən belə nəticəyə gəlmək olar ki, “Neftçi”nin qələbə qazanmasına hakim köməklik etdi...
- Əlbətdə hakimin rolu bu qələbədə böyük idi. Düzdür bizim penalti doğru qərar idi. Amma penalti epizodundan əvvəl İbrahim Qədirzadəyə qarşı da qayda pozulmuşdu.

- Səncə bu qərəzdir, yoxsa səhv?
- Mən istəməzdim qərəz olsun. Əgər qərəzdirsə, bu bizə qarşı çox böyük bir haqsızlıq olar. Hamını öz vicdanına buraxıram. “Neftçi”nin güclü olduğunu düşünürlərsə, bir oyun təşkil etsinlər oynayaq. Hakimlər də ədalətli olsun. O zaman kimin güclü olduğunu görərik.

- “Xəzər Lənkəran”ın iddialı vaxtlarındakı hakim idarəçiliyi ilə indiki vaxtdakı idarəçilik arasında fərq var?
- Bəzi hakimlərimiz var çox düzgün və ədalətli idarə edir oyunları. Amma bir çox hakimlərimiz isə bir oyunu doğru, bir oyunu yanlış idarə edir. Lənkəranı hər zaman sıxırlar. Mən başa düşmürəm biz nə etmişik bunlara.

- Necə fikirləşirsən yarımfinala hansı komanda daha çox layiq idi? 
- Rəqib bizdən güclü ola bilər. Amma ədalətli oyun olsaydı yarımfinalda biz olacağdıq. Biz bu heyətlə davam etməyə çalışırıq. Növbəti oyunumuz “Kəpəz”ə qarşıdır. Çalışacağıq ki, Gəncədə uğur qazanaq.

- “Xəzər Lənkəran”ın bütün ümidləri kuboka idi. Bəs bundan sonra sizin motivasiyanız nə olacaq?
- Qarşıdakı oyunlara motivasiya olmaq biraz çətin olacaq. Amma biz bunları unudub qarşıdakı oyunları düşünəcəyik. Qarşıda bizi çətin oyunlar gözləyir. 

İlkin İsmayılzadə


Digər xəbərlər

Xəbər xətti