Martın 12-13-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan çempionatı keçiriləcək. Turnirin bu məkanda keçirilməsi artıq ənənə halını alıb.
Sportarena.az xəbər verir ki, “Zirvə” Beynəlxalq İdman Klubu tərəfindən keçiriləcək yarışda 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaq.
Azərbaycanın ən güclü idmançılarının qatılacağı yarış Rostov və Mançester şəhərlərində keçiriləcək Avropa çempionatlarına seçmə və hazırlıq xarakteri daşıyacaq.