Azərbaycan Premyer Liqanın XXV turu çərçivəsində Neftçi” ilə qarşılaşacaq AZAL hazırlığına start verib.
Sportarena.az klubun saytına istinadən yaydığı xəbərə görə, martın 13-də baş tutacaq qarşılaşmada ötən tur cəza üzündən Lənkarana getməyən Murad Səttarlı və Qvanzav Maqomedov da həyətə qayıdıb.
Gündə bir dəfə məşq edən Tərlan Əhmədovun yetirmələri martın 11-dən etibarən təlim-məşq toplanışına cəlb olunacaq. Heyətdə olan zədəlilər – Aleksandr Quruli və İlqar Ələkbərov hələ ki həkim nəzarətində məşqə çıxırlar. Qasığında ağrı hiss edən və “Xəzər-Lənkəran”la oyunu yarımçıq tərk edən gürcü legionerin flaqmana qarşı mübarizə apara bilməyəcəyi artıq dəqiqdir. Həkimlər dizində ağrı hiss edən İlqarın isə matça qədər sağalacağına ümid bəsləyir.