"Sumqayıt" klubunun Müşahidə Şurasının iclası keçirilib

12:14 10 Mart 2016

Martın 9-da "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə müxtəlif mövzulara toxunub və bəzi vacib məsələr barəsində fikir mübadiləsi aparılıb. 


Eyni zamanda toplantıda son vaxtlar hakimlərə qarşı yol verilən qeyri-etik davranışlar ön plana çıxararılıb. Görüş zamanı Müşahidə Şurasının üzvləri xoşagəlməz hadisələrlə bağlı narahatçılıq və narazılıqlarını ifadə etməklə yanaşı, futbolçu və məşqçi heyətinə belə halların təkrarlanmaması tapşırığını da verib.

 

Klub digər komandaların da bu məsələyə diqqətlə yanaşmasını tövsiyə edib


Digər xəbərlər

Xəbər xətti