"Kəpəz" "Xəzər Lənkəran" üçün hazırlaşır

12:53 10 Mart 2016

“Kəpəz” Topaz Premyer Liqasının XXV turunda Gəncədə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyunun hazırlıqlarını davam etdirir. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, martın 8-dən Bakıda məşqlərə start verən komanda hər gün saat 12:00-da meydana çıxır.


“Sarı-göylər” martın 11-nə kimi hazırlığı paytaxtda keçirəcək. Ayın 12-də Gəncəyə gələcək “Kəpəz” oyun öncəsi son məşqinə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq. Məşq saat 16:00-da başlayacaq. 


Qeyd edək ki, hazırlıq prosesi azarkeşlər və media üçün açıq olacaq. 


Digər xəbərlər

Xəbər xətti