Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında səfərdə “Neftçi”yə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportarena.az xəbər verir ki, komanda bu gün istirahət edəcək. Sabah martın 11-də günorta saatlarında Lənkəranda bir araya gələcək komanda saat 16:00-da keçirəcəyi məşqlə çempionat matçının hazırlığına start verəcək və iki gün doğma şəhərdəki bazasında hazırlaşdıqdan sonra Gəncəyə yollanacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXV turu çərçivəsində martın 13-də “Kəpəz” klubunun qonağı olacaq.(12cioyuncu.info)