"Bavariya"nın yarımmüdafiəçisi Mario Götze mövsüm sonunda komandadan ayrıla bilər.
Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, almaniya klubu 2017-ci ildə müqaviləsi başa çatacaq futbolçu ilə danışıqlar aparmaq istəmir. Bu səbəbdən futbolçunun yayda komandanı tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, cari mövsüm Bundesliqada 7 matça çıxan Götze 1 qol vurub və 3 asistlə yadda qalıb. 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
