"Zirə" klubunun tarixində ən ağır məğlubiyyət

15:11 10 Mart 2016

Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə 1:5 hesabı ilə uduzan “Zirə” tarixinin ən ağır məğlubiyyətini alıb. 


Sportarena.az xəbər verir ki, 2014-cü ildə yaranan paytaxt təmsilçisi bunadək keçirdiyi 57 matçda heç vaxt 4 top fərqilə uduzmamışdı. 

I Divizionda çıxış etdiyi 2014/15 mövsümünün 30 oyununda 5, cari mövsüm Topaz Premyer Liqasının 24 matçında 4, ölkə kubokundakı 2 ildə 3 oyunda 2 dəfə yenilən Zirənin eyni adlı təmsilçisi ən pis halda 3 top fərqinə üzülmüşdü. Bu 11 məğlubiyyətindən 6-sı bir, 4-ü iki top fərqi ilə olan klub 2015-ci il oktyabrın 17-də ilk dəfə böyükhesablı məğlubiyyət almışdı. 


Çempionatda “Qarabağ”a 1:4 hesabı ilə uduzan bakılılar 3 top fərqi ilə yenilmişdi. 144 gündən sonra “Zirə”nin antirekordu “Qəbələ” ilə matçda yenilənib.


Digər xəbərlər

Xəbər xətti