"Mançester Siti"nin futbolçusu Serxio Aquero gələcək karyerası barəsində açıqlama verib.
Sportarena.az xəbər verir ki, argentinalı futbolçu 2018-ci ildə "Mançester Siti"dən ayrılaraq vətəninə qayıdacağını bildirib:
"Son aylar ərzində yeni müqavilə ilə bağlı bir çox mülahizələr və şayiələr eşitmişəm. Lakin bunları beynimdə saxlamıram. Mənim üçün əsas olan bir şey var — müqaviləm bitdikdən sonra doğma "İndependente"yə qayıdıb karyeramı bitirmək. "Mançester Siti"də hər zaman mənimlə yaxşı davranıblar. İstədiyim kluba keçməyimə əngəl olmayacağımı qeyd ediblər. Buna görə də Avropada başqa komandada oynamayacam. Müqaviləm bitən kimi , 2018-ci il dünya çempionatından sonra Argentinaya yollanacağam", — deyə Aquero qeyd edib.