Futbolçunun mədəsi partladı

22:32 10 Mart 2016

Türkiyənin həvəskarlar liqasında çıxış edən "Bandırma Etispor"un futbolçusu Barış Gözəlin mədəsi partlayıb.

Hadisə "Barbaros Sefaspor"la (2:0) matçda baş verib.

Lakin futbolçunun ağrıları oyundan sonra geri qayıdarkən özünü büruzə verib. Nəticədə B.Gözəl təcili xəstəxanaya aparılıb və əməliyyat olunub. 2 saat davam edən əməliyyatda futbolçunun mədəsi tikilib.

Həkimlər B.Gözəlin vəziyyətinin yaxşı olduğunu bildirib.


Digər xəbərlər

Xəbər xətti