"Arsenal"ın keçmiş forvardı Tyerri Anri məşqçilik dərslərini davam etdirir.
Fransız A kateqoriyalı lisenziya alıb. Bu isə avrokuboklara vəsiqə əldə etmiş komandalarla işləməyə icazə verir.
Xatırladaq ki, Anri hazırda İngiltərədə "Sky Sports" kanalında ekspert kimi işləyir.