Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.
Sportarena.az xəbər verir ki, bu gün keçirilən konfransda AFFA-nın yeni prezidenti adına aydınlıq gəlib. Belə ki, bu postuna yeganə namizəd olan Rövnəq Abdullayev ardıcıl üçüncü dəfə AFFA-nın prezidenti olub.
Çıxışında R.Abdullayev ona yenidən inandıqları üçün konfrans üzvlərinə təşəkkür edib. AFFA prezidenti etimadı doğruldacağını və qarşıdan onları böyük işlər gözlədiyini vurğulayıb.