Cavid Hüseynovun məhkəməsi təxirə salındı

13:18 11 Mart 2016

Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.


Sportarena.az "Report"a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb C.Hüseynovun vəkilinin məhkəməyə gəlməməsi olub.


Növbəti proses martın 30-da keçiriləcək.


Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir.


Digər xəbərlər

Xəbər xətti