Riberi Çin klubuna "yox", "Bavariya"ya "hə"

15:58 11 Mart 2016

Frank Riberi "Bavariya" ilə müqavilənin müddətini uzadacaq.

 

Sportarena.az xəbər verir ki, Frank Riberi bu barədə açıqlamasında Almaniya klubu ilə müqaviləsinin müddətini 2017-ci ilə qədər uzadacaqını qeyd edib.

 

"Mən artıq müqavilənin müddətini uzatmaq barəsində klub rəhbərliyi ilə görüşmüşəm. Çox güman ki, daha iki il "Bavariya"nın uğurları üçün çalışacağam. Ailəm də məhz burada yaşamağımızı istəyir. Düşünürəm ki, "Bavariya"da oynamağım və Almaniyada qalmağım mənim və ailəm üçün ən doğru seçim olar.

 

Çin klubu mənim üçün təklif göndərmişdi. Lakin bu təklif mənim üçün maraqlı deyil.   Mən "Bavariya" və bu klubun azarkeşləri üçün çalışıb uğurlaq qazanmaq istəyirəm.


Digər xəbərlər

Xəbər xətti