Futbolçu zədələnərək yaddaşını itirdi

17:59 11 Mart 2016

"Börnli" komandasının futbolçusu Maykl Kinq matç zamanı zədələnərək yaddaşını itirib.


Sportarena.az xəbər verir ki, futbolçu rəqib oyunçu ilə toqquşaraq başından zədələnib. Toqquşmadan sonra Maykl oyuna davam etsə də, sonradan əvəzlənib. 

 

Futbolçu zədələndikdən sonra başqa bir dövrdə yaşadığını düşünüb. Lakin müalicədən sonra yaddaşı bərpa olub: 
"Əvvəlcə məndə güclü baş gicəllənməsi oldu. Mən həqiqətən də heç nə xatırlamırdım. Həkim məndən hansı ildə olduğumuzu soruşdu və mən düşündüm ki, indi 1996-cı ildir. Xoşbəxtlikdən xəstəxanada müalicə aldıqdan sonra yaxşıyam"


Digər xəbərlər

Xəbər xətti