"Nyukasl" klubunun baş məşqçisi Stiv Maklaren istefaya göndərilib.
Sportarena.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxış etməsidi. Rəhbərlik klubun uğursuz çıxış etməsində baş məşqçini günahlandırıb. Hazırda turnir cədvəlində 19-cu pillədə qərarlaşan Premyer Liqa təmsilçisi Maklarenlə yollarını ayırıb.
Qeyd edək ki, "Nyukasl"ın yeni baş məşqçisinin adı da artıq məlumdu. Klub rəhbərliyi "Real"ın keçmiş baş məşqçisi Rafael Beniteslə anlaşıb.