Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi ilə martın 9-da keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan (5:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” bu gün növbəti hazırlığını keçib.
“Zirə” ilə kubok matçının ertəsi gün olduğu kimi yenə yalnız son görüşdə iştirak etməyənlərin məşqi yaşıl meydanda baş tutub. 2 gün öncə komandanın qələbəsində pay sahibi olanlar isə dünən bərpaedici məşqlə kifayətlənib, bu gün isə fiziki hazırlıq keçib.
“Qəbələ”nin oyunöncəsi son məşqi sabah baş tutacaq. Qəbələ şəhər stadionundakı hazırlıq prosesi saat 17:30-da başlayacaq.
Komandanın məşqi tam heyətlə keçəcək.
Xatırladaq ki, “Qəbələ” – “Zirə” qarşılaşması martın 13-ü saat 15:00-da başlayacaq.