UEFA "Sparta" - "Latsio" matçı ilə bağlı araşdırmalara başladı

13:58 12 Mart 2016

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Sparta" - "Latsio" oyunu (1:1) ilə bağlı araşdırmalara başlayıb.

 

Sportarena.az "Football İtalia"ya istinadən xəbər verir ki, buna səbəb klubların azarkeşlərinin irqçi şüarlar səsləndirməsidir.

 

"Sparta"nın azarkeşləri irqçi banner açmaqda ittiham olunur. "Latsio"nun azarkeşləri isə "Sparta" klubunun futbolçularına  qarşı irqçi şüarlar səsləndirdiyi üçün cəzalandırılacaq.

 

Qeyd edək ki, UEFA İntizam Komitəsi baş verənlərlə bağlı qərarını martın 22-də açıqlayacaq. 


Digər xəbərlər

Xəbər xətti