Runinin AVRO-2016-da oynayıb oynamayacağına aydınlıq gəldi

15:19 12 Mart 2016

"Mançester Yunayted"in kapitanı Ueyn Runinin durumuna aydınlıq gəlib. 


Sportarena.az xəbər verir ki, zədə səbəbi ilə heyətdən uzaq qalan hücumçunun AVRO-2016-da oynamaycağı barədə məlumatlar yayılmışdı. Lakin Britaniya mətbuatı futbolçunun zədəsinin aprel ayına qədər bərpa olacağı və məşqlərə başlayacağını bildirib.
 
Klubun həkimləri 31 yaşlı hücumçunun  AVRO-2016-nın final mərhələsində İngiltərə yığmasının heyətində yer ala biləcəyini açıqlayıb.
 
Qeyd edək ki, AVRO-2016-nın B qrupunda yer alan İngiltərə millisi Rusiya, Uels və Slovakiya yığmaları ilə qarşılaşacaq


Digər xəbərlər

Xəbər xətti