PSJ-nin hücumçusu Zlatan İbrahimoviç karyerasını İngiltərədə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, yeni mövsümdən "Mançetser Yunayted" klubunun baş məşqçisi olacağı gözlənilən Joze Mourinyo kluba gətirmək istədiyi oyunçulardan biri də PSJnin hücumçusu İbrahimoviçdir. Britaniya mətbuatının yaydığı məlumata görə klubun rəhbərliyi artıq 35 yaşlı futbolçunun meneceri Mino Rayola ilə danışıqlara başlayıb.
Qeyd edək ki, mövsüm sonunda PSJ ilə müqaviləsi bitən futbolçu klubdan ayrılacağını və karyerasına İngiltərədə davam etdirəcəyini bildirib.