Martın 12-də Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin iclası keçirilib.
Sportarena.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Elxan Əliyev kişilərdən ibarət milli yığma komandanın baş məşqçisi vəzifəsindən azad edilib.
Bu qərar yekdilliklə qəbul olunub. Əvəzində həmin vəzifəyə Samit Nuruzadə təyin edilib.