Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə martın 12-də jurnalistlər arasında turnirə start verilib. Yarışda 16 şahmat həvəskarı birincilik uğrunda mübarizə aparır.
Sportarena.az xəbər verir ki, tədbirin açılışında yarışın qaydaları haqqında məlumat verilib. Qeyd olunub ki, turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Ümumdünya Şahmat Olimpiadasına dəstək verməkdir.
Turnirin qalibləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən mükafatlandırılacaq.