Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması komandasın növbəti yoldaşlıq oyununu keçirib.
Sportarena.az xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.
Matç 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Oyundakı yeganə qolu 87-ci dəqiqədə Aysun Əliyeva penalti zərbəsindən vurub.