Sabah Azərbaycan Premyer Liqanın 25-ci turunda doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edəcək “Kəpəz” bu gün oyunun keçiriləcəyi arenada son məşqinə çıxıb.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan hazırlıq prosesi təxminən 50 dəqiqə davam edib.
"Kəpəz"də Dario Frederiko zədə səbəbindən, Şəhriyar Əliyev və Şəhriyar Rəhimov sarı vərəqə limitinə görə Lənkəran təmsilçisi ilə oyunda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Kəpəz" - "Xəzər Lənkəran" oyunu sabah saat 15:00-da başlayacaq.