AFFA-nın Məşqçilər Komitəsi klublarla görüşlərini sona çatdırıb.
Sportarena.az-ın "Qəbələ"nin rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, son görüş Qəbələdə gerçəkləşib.
Komitə üzvləri əvvəlcə baş məşqçi Roman Qriqorçuk, klub rəsmiləri - baş menecer Zaur Əzizov, komanda rəisi Səbuhi Səfiyarlı və məşqçi Sənan Qurbanovla görüşüblər.