Dünən İtaliya A seriyasında keçirilən "İnter" - "Bolonya" matçında (2:1) ev sahibi komandanın hücumçusu Mariyo İkardi zədələnərək əvəzlənmişdi.
Sportarena.az xəbər verir ki, matçın 11-ci dəqiqəsində zədələnərək məcburi əvəzlənmişdi. Bu gün tibbi müayinədən keçən futbolçunun zədəsinin ciddi olmaduğu bildirilib. Zədənin nə zaman bərpa olunacağı barəsində məlumat verilməsə də, futbolçunun növbəti turda "Roma" ilə matçı buraxacağı dəqiqdir.