İbrahimoviçdən maraqlı hərəkət - FOTO

21:28 13 Mart 2016

Bu gün Fransa çempionatının XXX turunda PSJ səfərdə "Trua"nı 9:0 hesabı ilə məğlub edərək çempion olub.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra İbrahimoviç maraqlı hərəkəti ilə yadda qalıb. Belə ki, matçda poker edən İbra oyundan sonra qol vurduğu topu da özü ilə götürüb. 

 

İbrahimoviç komanda yoldaşlarının imzasını da topun üzərinə yazdırarıb. Parisə yola düşdükdə isə topla birlikdə şəkil çəkərək şəxsi "instagram" hesabında paylaşıb.

 

Qeyd edək ki, 9 qol vurulan matçda İbrahimoviç 46-cı dəqiqədən 56-cı dəqiqəyə qədər "het-trik", 89-cu dəqiqədə isə özünün 4-cü komandasının 9-cu qolunu vurub.

 

Xatırladaq ki, futbolçu bu qollarla Fransa çempionatında vurduğu qolların sayını 102-yə çatdırıb.


Digər xəbərlər

Xəbər xətti