Evertonun yarımmüdafiəçisi Qaret Berri Çelsinin (2:0) futbolçusu Dieqo Kostanın onu dişlədiyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Sportarena.az xəbər verir ki, Berri açıqlamasında "Kosta ilə mənim aramda baş verən insident barədə çoxlu müzakirələrin olduğunu görürəm. Qeyd etmək istəyirəm ki, o , məni dişləməyib», – deyə qeyd edib.