Komandamız Xorvatiyada 3-cü oldu

13:19 14 Mart 2016

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəsi başa çatıb. 

 

Sportarena.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının sonuncu, 3-cü mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.
 


146 km-dən ibarət bu bölümdə velosipedçimiz finiş xəttini hamıdan tez keçib - 3 saat, 9 dəqiqə, 20 saniyə. 


Xatırladaq ki, Matey Müqerli yarışın 1-ci mərhələsində 2-ci, 2-ci mərhələsində isə 5-ci olmuşdu. Bu amil təmsilçimizə ümumi təsnifatda liderdən cəmi 3 saniyə geri qalmaqla yarışı 3-cü pillədə bitirməyə imkan verib.
 


Qeyd edək ki, “Synergy Baku” bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunub.


Digər xəbərlər

Xəbər xətti