"Udineziya" klubunun yarımmüdafiəçisi Peter Zeliniski karyerasını "Liverpul"da davam etdirə bilər.
Sportarena.az "Daily Mail"ə istinadən xəbər verir ki, 21 yaşlı polşalı futbolçu hal-hazırda icarə əsasında İtaliyanın "Empoli" klubunda çıxış edir. Məlumata görə İngiltərə klubunun nümayəndələri növbəti həftə xavbek üçün "Udineziya" ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, cari mövsüm "Empoli"nin heyətində 27 oyuna çıxan futbolçu 3 qol vurub, və 5 məhsuldar ötürmə ilə yadda qalıb.