Martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prossesi çərçivəsində yığma komandamız martın 26-da Qazaxıstan millisi ilə qarşılaşacaq.
Millimizin baş məşqçisi Robert Prosineçki Antalyadakı toplanışa aşağıda adları qeyd olunmuş futbolçuları dəvət edib:
Qapıçılar: Kamran Ağayev (“İnter”), Aqil Məmmədov (“Neftçi”), Səlahət Ağayev (“Sumqayıt”);
Müdafiəçilər: Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Pavel Paşayev, Ruslan Abışov (hamısı “Qəbələ”);
Yarımmüdafiəçilər: Cavid Tağıyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəşad Eyyubov (“Qəbələ”), Elvin Məmmədov (“Zirə”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (“Neftçi”), Eddi İsrafilov (“Kordoba”, İspaniya), Murad Səttarlı (AZAL), Tugrul Erat (“Fortuna”, Dusseldorf, Almaniya), Namiq Ələsgərov (“Kəpəz”);
Hücumçular: Ağabala Ramazanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Neftçi”).